Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Füzuli
Məhərrəmov Mayis Füzuli oğlu 14 iyun 1982-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. 1988-1999-cu illərdə Naxçıvan Qarnizonunun orta məktəbində təhsil almışdır. 2000-2002-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2002-ci ilin may ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü ilin 19 sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları zamanı Xocavənd rayonunun Çartar kəndində şəhid olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məhərrəmov Mayis Füzuli oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Məhərrəmov Mayis 26 sentyabr 2023-cü ildə Babək rayonunun Şıxmahmud kənd qəbiristanlığında dəfn olunmuşdur.
Vətənpərvər, mərd, cəsur, mehriban, ünsiyətcil
Ata: Məhərrəmov Füzuli İbad oğlu Ana: Məhərrəmova Mahirə İbrahim qızı Həyat yoldaşı: Məhərrəmova Elnarə Rauf qızı Oğlu: Məhərrəmov Fuad Mayis oğlu Qızı: Məhərrəmli Funda Mayis qızı