Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Tərlan
Məhərrəmov Turan Tərlan oğlu 27 may 2001-ci ildə Zaqatala rayonu, Qımır kəndində anadan olmuşdur. Orta təhsilini Zaqatala rayonu Qımır kənd orta məktəbində almışdır.
Vətən Müharibəsində iştirak edən Turan Məhərrəmov bir sıra rayonlarımızın azad edilməsində böyük rəşadət göstərib. Vətən Müharibəsində iştirakına görə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Məhərrəmov Turan Tərlan oğlu Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən 13 sentyabr 2022-ci il tarixində şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məhərrəmov Turan Tərlan oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Mərd, vətənpərvər, ailəsinə bağlı insan idi.
Ata: Məhərrəmov Tərlan Muxtar oğlu Ana: Məhərrəmova Ənisət Daşdəmir qızı Bacı: Ziyəddinova Təranə Tərlan qızı Bacı: Ləzgiyeva Türkanə Tərlan qızı Bacı: Cumayeva Rəşidə Tərlan qızı