Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Vahid
Məmmədbəyli Natiq Vahid oğlu 18.07.1993-cü ildə Xəzər rayonu Şağan qəsəbəsində anadan olub. 2011-ci ildə hərbi xidmətə yollanan Natiq Murovdağda xidmət edib. 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 20.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədbəyli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Natiq Məmmədbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Natiq hər zaman səmimi, mehriban, vətənpərvər, dosta sədaqətli insan olub.
Ata: Məmmədbəyov Vahid Hacırəhimoğlu oğlu Ana: Məmmədbəyova Güldanə Fəxrəddin qızı Qardaş: Məmmədbəyli Tural Vahid oğlu