Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Aqil
Tural Məmmədli 1998-ci il mart ayının 22-də Tərtər rayonunun Bəyimsarov kəndində dünyaya gəlib.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Noyabrın 4-də Talış kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur. Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Tural Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tural Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anasının dediyinə görə vətənpərvər, sözünə düz, sədaqətli bir gənc idi.
Ata: Məmmədov Aqil İsa oğlu Ana: Məmmədova Güldanə Vəli qızı Qardaş: Məmmədov Röyal Aqil oğlu Qardaş: Məmmədov Xəyal Aqil oğlu