Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Mikayıl
Məmmədov Elməddin Mikayıl oğlu 30.07.1995-ci ildə Şəki rayonunda dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məmmədov Talış Suqovuşan bölgəsində döyüşüb. O, 2020-ci ilin oktyabrın 18-də Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur.
“Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və ”Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elməddin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit, zarafatcıl, mehriban, ailəcanlı biri olub. İşə qəbulundan 1 həftə sonra evə gəlib ailəsinə deyib ki, məni təbrik edə bilərsiz arzuma çatdım.
Ata: Məmmədov Mikayıl Xanməd oğlu Ana: Məmmədova Qaratel Səməd qızı Qardaş: Məmmədov Fəzail Mikayıl oğlu Həyat yoldaşı: Məmmədova Gülsüm Əlibala qızı Qızı: Məmmədova Hilalə Elməddin qızı