Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Cəmil
Məmmədov İlkin Cəmil oğlu 7 yanvar 1993-cü ildə Gəncə şəhərində doğulmuşdur. 2010-cu ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbi bitirmişdir.
2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, FHN-nin “N” saylı hərbi hissəsində həqqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra o, MAHHXHQ kimi xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. İlkin Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Murov zirvəsinin və Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 20 yanvar 2021-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən İlkin Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İlkin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Komandirinin dediyinə görə döyüşlərdə öndə gedib. Humanist insan olub.
Ata: Məmmədov Cəmil Oruc oğlu Ana: Şabanova Münəvvər Zəkəriyyə qızı