Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: İltifat
Natiq Məmmədov 20 iyul 1993-cü ildə Neftçala rayonunda anadan olmuşdur. 1999-cu ildə Neftçala rayonu Bankə qəsəbəsində 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbin məzunu olmuşdur. Natiq bir müddət Moskva şəhərində aşbaz işləmişdir. O, ailədə 1 bacının tək qardaşı idi.
Natiq Məmmədov 20 iyul 2011-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidmətini Mingəçevir rayonu N saylı hərbi hissədə etmiş və bu müddət ərzində rabitəçi vəzifəsində qulluq etmişdir. Əsgərliyi müddətində nizam-intizamı ilə fərqlənmiş və xidmətini təşəkkürnamə ilə bitirmişdir. 30 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinə yollanmışdır. O, Füzuli, Zəngilan, Laçın və Qubadlı istiqamətlərində rəşadətlə vuruşmuşdur. Natiq Məmmədov Qubadlı rayonunun Qafan kəndində baş verən döyüşdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. 8 noyabr 2020-ci il tarixində Neftçala rayonunda dəfn olunmuşdur.
Azərbaycan Prezidentinin Sərancamına əsasən Natiq Məmmədov “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Natiq Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Xarakter etibarı ilə səmimi, ünsiyyətcil, əməksevər insan idi. Daima nələrsə yaratmaq, inkişaf etmək fikrində idi. Ətrafındakı insanların yaxşı yaşaması üçün əlindən gələni edərdi.
Ana: Ələkbərova Mədinə Həsən qızı Ata: Məmmədov İltifat Cəfərağa oğlu Bacı: Məmmədov Sevil İltifat qızı