Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Şakir
9 ilin hərbçisi, 3 övlad atası Səbuhi Məmmədov həm Aprel döyüşlərinin, həm də İkinci Vətən Müharibəsinin iştirakçısı olub. Və İkinci Vətən Müharibəsi zamanı Suqovuşan-Ağdərə istiqamətində ağır döyüşlər zamanı, sentyabrın 30-da qəhrəmancasına həlak olub, Şəhidlik zirvəısinə ucalıb. Nəşi bir gün sonra, oktyabrın 1-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidin anası da oğul dərdinə dözə bilməyib, övladının qırxından az sonra dünyasını dəyişib. Səbuhi Məmmədovun 3 övladı-iki oğlu və bir qızı – Aytac, Ədilşah və Ömər Vətənə əmanət qalıb.
Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səbuhi Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit təbiətli, zəhmətkeş, işini sevən insan idi.
Həyat yoldaşı: Rzayev Leyla Rza qızı Qızı: Məmmədova Aytac Səbuhi qızı Oğlu: Məmmədov Ədilşah Səbuhi oğlu Oğlu: Məmmədov Ömər Səbuhi oğlu