Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Süleyman
Məmmədov Tural Süleyman oğlu 2000- ci ilin sentyabr ayının 21- də Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya gəlib.
Afət Hacıyev adına Mahmudoba kənd orta məktəbində təhsil alıbdır.
2014-ci ildə Heydər Əliyev adına hərbi liseyə daxil olmuş və 2017-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir.
2020-ci ildə kursant olmasına baxmayaraq 2-ci Qarabağ müharibəsində böyük şücaət göstərmiş və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.
19 sentyabr 2023-cü il tarixdə qeyri-qanuni erməni birləşmələrinə qarşı keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı Məmmədov Tural Ağdam rayonu Gülablı kəndi istiqamətində gedən döyüşlərdə sinəsindən aldığı güllə yarası ilə şəhidlik zirvəsinə ucalmışdır. 2 gün sonra, məhz elə doğum günündə Şahbuz rayon Mahmudoba kənd qəbiristanlığında dəfn olunmuşdur
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məmmədov Tural, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət" ordeni ilə təltif edilmişdir.
Ana: Məmmədova Gülxar Ata: Məmmədov Süleyman Qardaş: Məmmədov Abbas