Gündə 100 dəfə “Əstəğfirullah” deməyin fəziləti və faydaları
Kamillik zirvəsində – 5-ci hissə | Hacı Əhliman Rüstəmov | Səsli kitab
Tövhid İslam İdeologiyası və Dəyərləndirmə -9
Bəqərə surəsi (102-105) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Kamillik zirvəsində –4-cü hissə | Hacı Əhliman Rüstəmov | Səsli kitab
Tövhid İslam İdeologiyası və Dəyərləndirmə - 8
Ata adı: Rəfail
Şəhid Vasif Rəfail oğlu Məmmədov 01.05.2001-ci ildə Mingəçevirdə anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Vasif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib. Rəşadətlə döyüşüb. 06.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.
İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlının kəşfiyatçısı olan Vasifə milli ordumuzun əsgərləri ilə birgə Füzulini düşməndən azad etmək, həm də Füzulidə bulaqdan ilk suyu içmək nəsib olub. Hadrut döyüşlərində isə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə" və “Kəlbəcərin azad edilməsinə görə” medalları və ”Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.
Ata: Məmmədov Rəfail Asif oğlu Ana: Məmmədova Aytəkin Yusif qızı Qardaş: Məmmədov Asif Rəfail oğlu