Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: İlqar
Mikayıl Məmmədzadə 1994-cü il oktyabrın 10-da Sumqayıt şəhərində anadan olub. 2001—2009-cu illərdə C.Səfərov adına 10 saylı tam orta məktəbdə, 2009—2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2012—2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.
Mikayıl Məmmədzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edib. 2018-ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirirdi.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Mikayıl Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mikayıl Məmmədzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı, Kəlbəcər rayonu ərazisində Camışdağ - Qaragöl istiqamətində şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib. Dekabrın 28-də Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mikayıl Məmmədzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mikayıl Məmmədzadə ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Özünü düşünməyən mərd bir insan idi.
Ata: Məmmədov İlqar Yunis oğlu Ana: Məmmədova Zülfiyyə Yolçu qızı Bacı: Məmmədzadə Elnarə İlqar qızı Qardaş: Məmmədzadə Mətin İlqar oğlu