Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Qalib
Rahim Mikayılov 1990-cı il 3 sentyabr tarixində Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 2007-ci ildə İkinci Nügədi kənd 3 saylı tam orta məktəbin məzunu olub. Daha sonra Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində ali təhsil alıb.
Ali təhsilini başa vurduqdan sonra həyatını hərbi sahəyə həsr edib. Qüsursuz xidməti ilə baş leytenant ali hərbi rütbəsinə yüksəlmişdir. İkinci Qarabağ Müharibəsinin ilk günlərində Murov - Kəlbəcər istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət göstərmiş və Murov zirvəsinin azad olunmasında iştirak etmişdir.Elə 27 sentyabr tarixində Kəlbəcərin Camışdağ zirvəsində şəhid olan hərbçimizin nəşi 117 gündən sonra tapılaraq Quba rayonuna gətirildi və doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırıldı.
Rahim şəhid olandan sonra oğlu Əhməd doğuldu. Oğlunun üzünü görməyən şəhid Rahim Mikayılov İkinci Nügədi kəndinin İkinci Qarabağ Müharibəsində sayca dördüncü şəhididir.
Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Rahim Mikayılov “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni" ilə təltif edildi.
Çox səmimi biri idi. Kitab oxumağı, gəzintiyə çıxmağı çox sevirdi.Yalan danışanları heç sevməzdi. Torpaqlarımızın işğaldan azad olunacaq günü səbirsizliklə gözləyirdi. Şuşanın,Xankəndinin azad olunması gününü görmək ən böyük arzusu idi. Ailəcanlı, vətənini və bayrağını sevən hərbiçi idi.
Ata: Mikayılov Qalib Əhməd oğlu Ana: Mikayılova Ulduz Nurəhməd qızı Qardaş: Mikayılov Rasim Qalib oğlu Həyat yoldaşı: Mikayılova Nurxanım Hacıağa qızı Oğlu: Mikayılov Əhməd Rahim oğlu