Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Mübariz
Səyyad Mövsümov 2000-ci il noyabrın 5-də Salyan rayonun Babazanlı qəsəbəsindən anadan olmuşdur . Uşaq yaşlarından etibarən hərbi sahəyə marağı birinci Qarabağ müharibəsi veteranı Mübariz Mövsümovdan keçmişdir. Sentyabr ayında başlayan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murov zirvəsindəki döyüşlərdə düşmənin snayper gülləsi ilə vəfat etmişdir.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində pulemyotçu kimi xidmət edən Səyyad Mövsumpv Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Sentyabrın 28-də Talış-Suqovuşan istiqamətində verilən döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olmuşdur.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Səyyad Mövsümov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səyyad Mövsümov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, xeyirxah, mülayim xasiyyətli oğul idi.
Ana: Hüseynova Ruqiyyə Ziyafət qızı Qardaş: Mövsümov Həsənağa Mübariz oğlu