Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Fərhad
1994-cü il mayın 10-da Saatlı rayonu Cəfərxan kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı şəhərində 147 nömrəli Texniki-humanitar liseydən məzun olmuşdur. Orta məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetibinin “Ümumi İqtisadiyyat” fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı 2011-2015-ci illərdə nümunəvi davranışları ilə seçilmiş, müəllim və tələbə kollektivinin rəğbətini qazanmışdır.
2015-ci ildə Murovdağda hərbi xidmətdə olub. 2016-cı il “Aprel döyüşləri”ndə iştirak etmişdir. Bu döyüşlərdə vəzifəsi minaatan idi. Bölükdə minaatan batareyada fəaliyyət göstərmiş, artilleriyaçı olmuşdur. Vətən Müharibəsi başlamazdan bir neçə gün öncə sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşür. 27 sentyabrda Füzuli istiqamətində başlayan döyüşlərə şücaətlə qatılır. Vətən Müharibəsində pulemyotçu kimi döyüşmüşdür. Dəfələrlə döyüşlərdə böyük qəhrəmanlıqlar göstərir. 8 oktyabr 2020-ci ildə Hadrut uğrunda döyüşlərdə şəhid olmuşdur. Hüseyn Muradov Keşlə Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci və 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Hüseyn Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Muradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hüseyn Muradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hüseyn Muradov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, vətənpərvər, cəsur insan olub.
Ata: Muradov Fərhad Ələkbər oğlu Ana: Muradova Məlahət Böyükkişi qızı Qardaş: Muradov Orxan Fərhad oğlu