Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Mahmud
Seyfəddin Muradov 1993-cü il sentyabrın 9-da Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Ağstafa rayon A. Yusifli adına Böyük Kəsik kənd tam orta məktəbini bitirib.
Azərbaycan Ordusunun giziri olan Seyfəddin Muradov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Seyfəddin Muradov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Seyfəddin Muradov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Vətənpərvər, mərd, cəsur insan olub.
Ata: Muradov Mahmud Seyfəddin oğlu Ana: Muradova Tamam Bayram qızı Qardaş: Muradov Rəşad Mahmud oğlu Bacı: Muradova Amalya Mahmud qızı Bacı: Muradova Arzu Mahmud qızı Həyat yoldaşı: Muradova Günay Saqif qızı Oğlu: Muradov Nazim Seyfəddin oğlu Qızı: Muradova Tamam Seyfəddin qızı