Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Əlizadə
…
22.09.2020- ci ildə tarixində Saatlı rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar çağırıldım və Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərildim. Bir neçə gün təlim keçdikdən sonra mənfur erməni təxribatı nəticəsində 27.09.2020 ci il tarixdən etibarən artilleriya zabiti kimi ( 6 nəfərdən ibarət manqa rəhbəri) döyüşlərə qatıldıq. Bir nəçə gün gedən aramsız döyüşlərdən sonra yəni, 04.10.2020- ci il tarixdə səhər 5-6 aralığında Cəbrayıl rayonu istiqamətində dislokasiya zamanı piyada əleyhinə minaya düşdüm. Füzuli rayonunda yerləşən Mərkəzi xəstəxanaya aparıldım. Orada əməliyyat olundum və sol ayağım dizdən bir qarış aşağı amputasiya olundu. Həm sol ayağımın, həm də partlayış zamanı ciddi zədə almış sağ ayağımın müalicəsi ilə bağlı Respublikamızın Şirvan və Bakı şəhərində yerləşən müxtəlif klinikalarında müalicə aldım. Bu ilin əvvəllərində protezlə təmin olundum, Vətən müharibəsi qazisi kimi 3-cü dərəcəli əlillik təyin olundu.
Ata: Müsrəlov Əlizadə Adışirin oğlu Ana: Mürsəlova Elmira Balaəmi qızı Bacı: Ağayeva Reyhan Əlizadə qızı Bacı: Abdullayeva Aidə Əlizadə qızı Qardaş: Mürsəlov Rövşən Əlizadə oğlu Bacı: Rəcəbova Arzu Əlizadə qızı Qardaş: Mürsəlov Elşən Əlizadə oğlu Həyat yoldaşı: Mürsəlova Nigar Əlisa qızı Oğlu: Mürsəlov Emin Fərhad oğlu Qızı: Mürsəlova Nərmin Fərhad qızı