Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Qənbər
Museyibli İsgəndər 1 yanvar 1994-cü ildə Ağcabədi rayonunun Şənlik kəndində anadan olub. 2000-ci ildə Elxan Məmmədov adına Şənlik kənd tam orta məktəbin birinci sinifinə qəbul edilən Museyibli İsgəndər 2011-ci ildə həmin məktəbdən məzun olub. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanaraq Murovdağ istiqamətində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. 2013-cü ilin avqustundan müddətdən artıq hərbi xidmət keçmək üçün ordu sıralarına yazılıb. O, 2020-ci Hərbi Hava Qüvvələrində MAHHXHQ kimi iştirak edib. 44 günlük İkinci Qarabağ müharibəsində böyüş şücaət göstərən Museyibli İsgəndə Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. O, həmçinin “Vətən Müharibəsi iştirakçısı və @Azərbaycan Respublikası Silahlı Qüvvələrin Yaranmasının 100 illiy yubiley” və “Qüsursuz xidmətə görə” III dərəcəli medalları ilə təltif edilib.
O, daha sonra komando hərbi birləşməsinin kursunu müvəffəqiyyətlə bitirmişdir. Antiterrer əməliyyatları zamanı böyüş şücatə göstərəən Museyibli İsgəndər 2023-cü il sentyabrın 20-də Xocavənd rayonunun Harov qəsəbəsində qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsgəndər Museyibli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Ağayev Qənbər Müseyib oğlu Ana: Ağayevə Dilbər Bilal qızı Həyat yoldaşı: Museyibli Pərvin Qabil qızı Oğlu: Museyibli Rüstəm İsgəndər oğlu Oğlu: Museyibli Rəhman İsgəndər oğlu