Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Asəf
Mustafayev Nihat Asəf oğlu 2004-cü il mart ayının 1-də Siyəzən rayonunda anadan olmuşdur. Nihat Mustafayev orta təhsilini Siyəzən şəhəri 3 saylı orta məktəbində almışdır.
Mustafayev Nihat Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mustafayev Nihat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ailəsinin və dostlarının sözlərinə əsasən istiqanlı, səmimi, dostcanlı bir insan idi. Hər zaman ətrafındakı insanlara yardım etməsi ilə fərqlənirdi. Uşaqlıqdan marağı futbola idi, gələcəkdə futbolçu olmaq istəyirdi. Hərbi xidmətə marağı olub. Ailəsinin sözlərinə görə xidmətini Qarabağda keçməsi onu böyük fəxarət hissi verirdi. Dostları bildirir ki, Nihat hər zaman özünə şəhid olmağı arzu edirdi, hər zaman şəhid olacağını hiss etdiyini ifadə edirdi. Bəlkə futbolçu olmaq arzusu reallaşmadı amma şəhid olmaq qismət oldu.
Ata: Mustafayev Asəf Səfər oğlu Ana: Əliyeva Fəqiqə Gülağa qızı Qardaş: Mustafayev Sənan Asəf oğlu