Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ağa
Nurlan Mustafayev 8 noyabr 1991-ci ildə Bakıda anadan olub. Yasamal rayonu 286 saylı orta məktəbdə oxuyub. 2009-cu ildə orta məktəbi bitirdikdən sonra əsgərliyə gedir. 2011-ci ildə əsgərliyi başa vurduqdan sonra kombi quraşdırma işində çalışır.
2-ci Qarabağ Müharibəsi başlayanda o da könüllü olaraq döyüşlərə qatılır. Onun xidmət etdiyi bölük Hadrut istiqamətində 4 gecə yol gedirlər və Hadrutda "Yüksək təpə" deyilən yerə çatırlar. Oktyabrın 14-ü günorta saat 3 radələrində qəfildən pusquya düşürlər. Düşmənlə döyüşürlər və komandiri ilə birgə şəhid olur. Onları ərazidən götürə bilmədikləri üçün 6 gün qaldıqdan sonra onlari kəşfiyyat götürərək geri gətirir. Oktyabrın 20-si Nurlanı yaşadığı ünvana 3 rəngli bayraqla gətirirlər. Oktyabrın 21-i II Şəhidlər Xiyabanında dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nurlan Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Nurlan çox səmimi, qayğıkeş insan idi. Ailəli bildiyi şəxsləri daim özündən arxada saxlayırdı ki, onlara bir şey olmasın.
Ata: Mustafayev Ağa Mustafa İbrahim oğlu Ana: Sevda Mustafayeva Məmmədağa qızı Bacı: Babayeva Könül Ağa Mustafa qızı Qardaş: Mustafayev Elnur Ağa Mustafa oğlu Qardaş: Mustafayev Tərlan Ağa Mustafa oğlu