Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Şükür
Ceyhun Mustafazadə 27 yanvar 1997-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində doğulub. O Xocalı rayon sakini, Birinci Qarabağ müharibəsi veteranı Adilov Şükür Mustafa oğlunun ailəsində dünyaya gəlmişdi. Ailə 3 qardaş olublar. Ceyhun ailənin ən kiçik övladı idi. Subay idi.
Ceyhun, orta təhsilini Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbdə almış, təhsilini Ağcabədi Pedaqoji Kollecinin, Texnologiya müəllimliyi ixtisası üzrə davam etdirmişdir.
2017-ci il iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. 2019-cu il yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidmətini kəşfiyatçı kimi davam etdirib. Naxçıvanda Günnütün alınmasında cəsur döyüşçü kimi vuruşan Ceyhun, Vətən müharibəsinin də iştirakçısı oldu. Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında yüksək səviyyədə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ceyhun Mustafazadə ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim, xoşxasiyyət, vətənpərvər insan idi.
Ata: Adilov Şükür Mustafa oğlu Ana: Rəşidova Aliyə Aqil qızı