Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Arif
Elçin Mustafazadə 26 sentyabr 1992-ci ildə Ağstafa rayonunun Həsənsu qəsəbəsində anadan olub. O, nişanlı idi və ailə həyatı qurmağa hazırlaşırdı.
Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu idi.O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olmuşdur.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mustafazadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elçin Mustafazadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
İyulun 14-də Elçin Mustafazadə, doğulduğu Ağstafa rayonunun Həsənsu qəsəbəsində dəfn olunub.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Mustafayev Arif Mirzəağa oğlu Ana: Mustafayeva Mahirə Məhəmməd qızı Qardaş: Mustafayev İlkin Arif oğlu Qardaş: Mustafazadə Elvin Arif oğlu