Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Azər
Müzəffərli Kənan Azər oğlu 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 15 sentyabr 2002-2013 illərdə Çalburun kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına daxil olub. 2017-ci ildə Universiteti bitirdidən sonra 2017-2018-ci illərdə hərbi xidmətdə olmuşdur. 15 sentyabr 2019- cu ildən Gədəbəy rayonun Dəyəqarabulaq kənd tam orta məktəbində müəllim kimi çalışıb. 23 dekabr 2019-cu il bələdiyyə seçkilərindən sonra Miskinli kənd bələdiyyəsinin sədr müavini kimi çalışıb. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Müzəffərli Kənan Azər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, təmiz qəlbli, böyük kiçik yeri bilən insan olub.
Ata: Abdullayev Azər Müzəffər oğlu Ana: Abdullayeva Rəmziyyə Əli qızı Qardaş: Abdullayev Rövlan Azər oğlu Bacı: Mustafayeva Xurda Azər qızı