Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Yurik
Nadirli Elvin Yurik oğlu 1995-ci il sentyabr ayının 13-də Füzuli rayonu Əhmədbəyli kəndində anadan olmuşdur. Elvin Nadirli orta təhsilini Mirmehdi Xəqani adına Musiqi təmayüllü gimnaziyada almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elvin Nadirli 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Elvin Nadirli Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elvin Nadirli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Quliyev Yurik Nadir oğlu Ana: Quliyeva Sevinc Zeynal qızı Qardaş: Quliyev Elmin Yurik oğlu Qardaş: Quliyev Ramin Yurik oğlu Qardaş: Quliyev Nadir Yurik oğlu Qardaş: Nadirli Şəmistan Yurik oğlu Həyat yoldaşı: İsfəndiyarova Kifayət Teymur qızı Qızı: Nadirli Ayşə Elvin qızı