Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Elşən
Nağıyev Əli Elşən oğlu 2005-ci il dekabr ayının 13-də Gəncə şəhərində anadan olub. O, Gəncə şəhər 22 saylı tam orta məktəbdən məzun olduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. 2024-cü il iyun ayının 9-da Hərbi xidmətdə olduğu dövrdə xidməti vəzifəsini yerinə yetirərkən ildırım vurması nəticəsində həlak olub. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Nağıyev Əli Elşən oğlu Gəncə Şəhər Şəhidlrə xiyabında dəfn edilib.
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Nağıyev Əli Elşən oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Nağıyev Əli Elşən oğlu oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Gülərüz, cəsur, mərd insan idi.
Ata: Nağıyev Elşən Aydın oğlu Ana: Nağıyeva Xədicə Adil qızı Bacı: İbrahimova Şövkət Elşən qızı Bacı: Nağıyeva Gülşən Elşən qızı