Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Azad
Şəhid Nağıyev Nicat Azad oğlu 1995-ci il fevralın 21-də Yexlax rayonunun Əcəmi kəndində anadan olub. O, 2020-ci il sentyabrın 21-də hərbi xidmətə çağrılıb.
Nicat Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Kəhrillər xarabalığı, Dostagir, Talış və Suqovuşan yaşayış məntəqələri istiqamətində gedən döyüşlərdə şücaətlə döyüşüb.
Nicat Nağıyev 2020-ci il oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nicat Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Nağıyev Azad Nağı oğlu Ana: Nağıyeva Aişə Şahlı qızı Qaradaş: Nağıyev Rəşad Azad oğlu