Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ələddin
Zaur Nəbiyev 2001-ci il iyulun 1-də Şəmkir rayonu Ələsgərli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Zaur Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Zaur Nəbiyev oktyabrın 3-də Talış və Suqovuşan yaşayış məntəqələri istiqamətində gedən döyüşlərdə tərəfindən açılan artilleriya atəşi nəticəsində şəhid olub. Qəhrəman şəhidimiz Şəmkir rayonu, Ələsgərli kəndində dəfn olunub.
Vətən müharibəsində göstərdiyi şücaətə gorə Azərbaycan Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zaur Nəbiyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Zaur Nəbiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Mülayim, sakit təbiyyətli, mərd, sadəlöv, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan idi.
Ata: Nəbiyev Ələddin Alxan oğlu Ana: Nəbiyeva Lamiyyə Nəsib qızı Bacı: Nəbiyeva Gültəkin Ələddin qızı Bacı: Nəbiyeva Aytəkin Ələddin qızı