Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Vasif
Nəsibov Aqşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonu Canallı kəndində anadan olmuşdur. Qazax rayonu Canallı kənd orta məktəbini bitirdikdən sonra Qazax Dövlət İqtisad kollecinə daxil olur və mühasibat uçotu fakultəsində təhsil alır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsibov Aqşin Vasif oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsibov Aqşin Vasif oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, qorxmaz
Ata: Nəsibov Vasif Cavanşir oğlu Ana: Nəsibova Məsumə Fazil qızı Bacı: Nəsibova Pərvanə Vasif qızı Bacı: Nəsibova Rəqsanə Vasif qızı