Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Nəzir
Emil Nəzirov 1969-cu il fevralın 4-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. 1976–1986-cı illərdə Lənkəran rayonunun Veravul kənd orta məktəbində təhsil alıb. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra, avqust ayının 1-də öz istəyi ilə Leninqrad vilayətindəki Lomonosov adına hərbi aviasiya mühəndisləri məktəbinə daxil olub. 1990-cı il, iyun ayının 28-də həmin məktəbi bitirib və leytenant rütbəsi alaraq, təyinatla Zaqafqaziya hərbi dairəsinin indiki Hacı Zeynalabdin qəsəbəsində yerləşən hərbi hissəsələrin birində təyyarə texniki kimi sovet ordusu sıralarında xidmətə başlayıb.
1992-ci ilin əvvəllərindən könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılmış və Qala qəsəbəsindəki hərbi hissədə Mi-24 helikopterində bort-texnik atıcı qismində xidmətə başlayıb. Xidməti dövründə Birinci Qarabağ müharibəsində iştirak edib və Kamov Ka-27 tipli helikopterdə bort-texnik kimi sonra isə bort-texnik təlimatçı qismində fəaliyyət göstərib.
1997-ci ildən 2000-ci ilə qədər Qala hərbi şəhərciyindəki hərbi hissədə Mil Mi-8 helikopterinin bort-texnik vəzifəsində xidmət edib. 15 sentyabr 2000-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri sıralarından kapitan rütbəsi ilə ehtiyata buraxılıb. Üç il sonra 23 oktyabr 2003-cü ildə yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına Dövlət Sərhəd Xidmətinin zabiti kimi geri dönüb və ilk aviasiya dəstəsinin yaradıcılarından olub. Yenidən Mil Mi-8 helikopterində bort-texnik qismində xidmətə başlayıb. 2005-ci ildə isə Mil Mi-8 helikopterində bort-texnik təlimatçı vəzifəsini icra edib. Təlimatçı işlədiyi dövrlərdə bir sıra hərbi kadrların yetişməsində böyük rolu olub. 2008-ci ildə isə mayor rütbəsində eskadrilya komandirinin müavini vəzifəsində xidmət edib.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən Emil Nəzirov “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Emil Nəzirov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, igid, cəsur, vətənpərvər hərbiçi idi.
Ata: Nəzirov Nəzir