Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Nurəhmədoviç
Nurməhəmmədov Ramazan Nurəhmədoviç 1992-ci il mart ayının 17- də Qusar rayonunda anadan olmuşdur. Orta təhsilini Qusar rayon 2 saylı orta məktəbdə almış, daha sonra kiçik gizir kimi xidmətə başlamışdır.
Qüsursüz xidmətinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley” medalı ilə təltif edilmişdir.
İkinci Qarabağ müharibəsində fəal iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
O, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən 20 sentyabrda Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən Nurməhəmmədov Ramazan Nurəhmədoviç ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ata: Nurməhəmmədov Nurəhməd Qaziaxmedoviç Ana: Nurməhəmmədova Aminat Abdulkərim qızı Qardaş: Nurməhəmmədov Daur Nurəhməd oğlu Qardaş: Nurməhəmmədov Murad Nurəhməd oğlu