Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Niyazi
Nurlan Nurməmmədov 20 may 2002-ci il tarixində Azərbaycanın Şabran rayonunun Sincanboyad kəndində anadan olmuşdur. O, həmin kənddə orta təhsilini almışdır.
Nurlan Nurməmmədov 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Nurlan Nurməmmədov Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 13-də, 18 yaşında Füzuli rayonu ərazisində şəhid olmuşdur. Nurlan Nurməmmədov oktyabrın 14-də Şabran Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Nurlan Nurməmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nurlan Nurməmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tərbiyyəli, mərd, ailəcanlı, səmimi bir insan olub.
Ata: Nurməmmədov Niyazi Sabir oğlu Ana: Babayeva Elnurə İbadulla qızı Bacı: Nurməmmədova Sonaxanım Niyazi qızı