Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Kamran
Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi.
Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktyabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ərzuman Osmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, mərd bir insan idi.
Ata: Osmanov Kamran Ərzuman oğlu Ana: Osmanova Kəmalə Aslan qızı Qardaş: Osmanov Rəvan Kamran oğlu Bacı: Osmanova Ülviyyə Kamran qızı