Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Mənsur
Orxan Osmanov 25.11.1999-cu ildə Xaçmaz rayonu Murşudoba kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Osmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Müharibə zamanı baş atıcı kimi hərbi xidmətini yerinə yetirib. Talış-Suqovuşan istiqamətində döyüş yolu keçib. 01.10.2020-ci ildə Talış Suqovuşan istiqamətində nəticəsində şəhid olub
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Orxan Osmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin ailə üzvlərinin bildirdiyinə görə Orxan vətənpərvər, döyüşkən oğul olub. Vətənə olan bağlılığı onu yenidən orduya qaytardı. Müharibə zamani baş atıcı kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib və orada da qəhrəmancasına şəhid olub.
Ata: Osmanov Mənsur Fizuli oğlu Ana: Şahbazova Yeganə Məhəmməd qızı Bacı: Şahbazova Əfsanə Mənsur qızı Qardaş: Osmanov Mürsəl Mənsur