Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Fərman
Qaçayev Röyal Fərman oğlu 05.01.2002-ci ildə Qobustan rayonunda dünyaya gəlib.
Azərərbaycan Ordusunun əsgəri olan Röyal Qaçayev 16.04.2020-ci ildə hərbi xidmətə çağırılıb. Talış Suqovuşan istiqamətində döyüşüb. 14.10.2020-ci ildə müharibənin qızğın dövründə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur.
"Suqovuşanın azad olunmasına görə", “Cəsrur döyüşçü” və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Röyal Qaçayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltifedilib.
Ailəsi onun ailəcanlı, sakit təbiətli oldugunu bildirir. Uşaq vaxtından silah şəkilləri çəkər, müxtəlif silah növləri düzəldərmiş. Röyalın çox vətənpərvər olduğunu və müharibədə fəal iştirak etdiyini bildirdilər.
Ata: Qoçayev Fərman Rüstəm oğlu Ana: Qoçayeva Təranə Qaramirzə qızı Qardaş: Qoçayev Cavidan Fərman oğlu