Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Vəli
Qarayev Elyaz Vəli oğlu Bərdə rayon Dəymədağlı kəndində 1998 ci ildə anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elyaz Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində iştirak edib. 28.10.2020 ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" və "Xocavənd azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elyaz Qarayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Ağıllı, təmkinli, vətəninə bağlı övlad olub.
Ata: Qarayev Elyaz Vəli Qurban oğlu Ana: Əmirova Xanım Quluş qızı Bacı: Əliyeva Gülyaz Vəli qızı