Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Mahir
Məhəmməd Qarayev 16 noyabr 2001-ci ildə Qəbələ şəhərində Mahir Qarayevin və Könül Qəribovanın ailəsində anadan olmuşdur.2007–2018-ci illərdə orta təhsil almışdır. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2022-ci ildə həmin universitetdən məzun olaraq ali təhsilini başa vurmuşdur. Subay idi.
Məhəmməd Qarayev 2022-ci ilin iyun ayında ali təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdı. Çağırışa əsasən, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu hissəsində yerləşən "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət edirdi.
12 may 2023-cü ildə saat 18:00 radələrində erməni hərbi birləşmələrinin Basarkeçər rayonunun Zod kəndi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutmuşdur. Sərhəddə erməni hərbi birləşmələri tərəfindən törədilən təxribat nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu Məhəmməd Qarayev Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Məhəmməd Qarayevin nəşi evinə gətirilərək 13 may 2023-cü ildə doğulduğu Qəbələ şəhərində dəfn olunmuşdur. Dəfn mərasimində Məhəmməd Qarayevin döyüş yoldaşları, qohumları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məhəmməd Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Gülərüz, zaraftcıl, təhsilə önəm verən gənc idi.
Ata: Qarayev Mahir Kamal oğlu Ana: Qəribova Könül Comərd qızı Bacı: Qarayeva Şəhla Mahir qızı