Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Qarakişi
Qarayev Namiq Qarakişi oğlu 21.04.1979-cu il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində anadan olub. 1985–1996-cı illərdə Qazıqumlaq kənd 1 saylı orta məktəbində təhsil alıb.01.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olub.
Azərbaycan Prezidentinin Sərəncamalrına əsasən Namiq Qarakişiyev ölümündən sonra “Vətən uğurunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Namiq Qarakişiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailənin deməsinə görə, Namiq sakit təbiətli çox bacarıqlı, ailəsinə canyandıran, zəhmətkeş, məsuliyyətli bir oğlan idi. Hərbiçi olmaq onun uşaqlıqdan arzusu idi və öz arzusuna da nail olmuşdu. O, öz vətəninin azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəldi
Ana: Qarayeva Şərqiyyə İsmayıl qızı Həyat yoldaşı: Qarayeva Günel Maarif qızı Qızı: Qarayeva Şəlalə Namiq qızı