Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Tahir
Qasımov Hacıəli Tahir oğlu 2002-ci il mart ayının 21 -də Tovuz rayonu Qaraxanlı kəndində anadan olmuşdur. Hacıəli Qasımov orta təhsilini F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində almışdır.
Vətən müharibəsi iştirakçısı olub, müharibədə cəsarəti və qorxmazlığı ilə fərqlənmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qasımov Hacıəli Tahir oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanmış, 4 ay komada qalmış və 28 yanvar 2024- cü ildə şəhid olmuşdur.
Qasımov Hacıəli Tahir oğlu Tovuz rayonu Qaraxanlı kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qasımv Hacıəli Tahir oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
İstiqanlı, mehriban, əliaçıq, yardımsevər, qorxmaz, ailəcanlı, vətənpərvər, döyüş yoldaşlarını sevən, tabeliyində olan əsgərlərə diqqət və qayğı ilə yanaşan.
Ata: Qasımov Tahir Həsən oğlu Ana: Vəlixanova Mələk Rizvan qızı Qardaş: Qasımov Hüseynəli Tahir oğlu Bacı: Qasımova Mələksə Tahir qızı Bacı: Qasımova Bahar Tahir qızı