Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Vidadi
Hikmət Vidadi oğlu Qasımov fevralın 11-də Şabran rayon, Çölquşçu kəndində anadan olub.
Hikmət Vidadi oğlu Qasımov Hikmət Tovuz hadisələrindən sonra könüllü olaraq Səfərbərlik və Çağırış üzrə Şabran Rayon Bölməsinə getmiş və Qarabağ uğrunda döyüşməyə can-başla hazır olduğunu bildirmişdir.
Müharibənin ilk günü bütün könüllülər kimi Hikmət də Vətənin müdafiəsinə qalxdı. O, Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə rəşadət və qəhrəmanlıq göstərdi. Füzulidə erməni kəşfiyyatçılarının məhv edilməsində yaxından iştirak edən Hikmət mənfur düşmənlərin qoyub qaçdığı hərbi texnikanın döyüş bölgəsindən çıxarılmasında da fəal iştirak etdi.
Hikmət Vidadi oğlu Qasımovun 30 yaşı vardı. Şabran rayonunun Çölquşçu kəndində anadan olan pəhləvan cüssəli bu gənc Qubadlı uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərdi. Yaralanan əsgər yoldaşlarını idarə etdiyi nəqliyyat vasitəsilə döyüş meydanından çıxarıb geri dönərkən mənfur düşmənin artileriya atəşinə tuş gəldi. Son sözü "Vətən sağ olsun" oldu. 28 sentyabrdan 24 oktyabra qədər şərəfli ömür yolu keçən Hikmət Vidadi oğlu Qasımov Qubadlının azad olunmasına 10 saat qalmış əbədiyyətə qovuşdu və şəhidlik zirvəsinə yüksəldi.
Azərbaycan Respublikasının Prezidenti Sərəncamına əsasən Hikmət Qasımov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azaad olunmasına görə” və “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Hikmət Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Tərbiyyəli, sakit, ailəcanlı, vətənpərvər bir insan idi.
Ata: Qasımov Vidadi Həbib oğlu Ana: Qasımova Kamilə Abdul qızı Qardaş: Qasımov Nəvai Vidadi oğlu Bacı: Qasımova Ülkər Vidadi qızı