Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Malikəjdər
Qasımov İbrahim Malikəjdər oğlu 1992-ci il yanvar ayının 29-da Naxçıvan şəhərində anadan olmuşdur. ibrahim Qasımov orta təhsilini Əliabad şəhər orta məktəbində almış, daha sonra isə Azərbaycan Koorperasiya Universitetinə qəbul olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu İbrahim Qasımov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
İbrahim Qasımov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İbrahim Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Qasımov Malikəjdər İbrahim oğlu Ana: Qafarova Maral Qafar qızı Qardaş: Qasımov Allahverdi Malikəjdər oğlu Həyat yoldaşı: Qasımova Vəfa Vidadi qızı Oğlu: Qasımov Malik İbrahim oğlu