Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Hüseyn
Qasımov Kamal Hüseyn oğlu 2004-cü il oktyabr ayının 8 -də Bakı şəhəri Hövsan qəsəbəsində anadan olmuşdur. Kamal Qasımov orta təhsilini Bakı şəhəri 118 saylı tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qasımov Kamal Hüseyn oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Qasımov Kamal Hüseyn oğlu Hövsan Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qasımov Kamal Hüseyn oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, Cəsur, İgid
Ata:Qasımov Hüseyn Kamal oğlu Ana:Qasımova Sevinc Valeh qızı Qardaş:Qasımov Camal Hüseyn oğlu Bacı:Qasımova Fidan Hüseyn qızı