Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Həsənxan
Qasımzadə Hüseyn Həsənxan oğlu 8 iyul 2001-ci ildə Cəlilabad rayon Sərhədabad kəndində doğulub. 3 iyul 2019-cu ildə hərbi xidmətə çağırılıb.Vətən Müharibəsinin ən gənc iştirakçılarından olub.
6 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından əbədiyyətə qovuşub.
Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Qasımzadə 6 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından əbədiyyətə qovuşub.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümüdən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qasımzadə Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, vətənpərvər, dostcanlı, igid oğlan olub.
Ata: Qasımov Həsənxan İmran oğlu Ana: İbrahimova Təranə Mütəllim qızı Bacı: Qasımzadə Pərvanə Həsənxan qızı Qardaş: Qasımzadə Coşqun Həsənxan oğlu Bacı: Qasımzadə Sədəf Həsənxan qızı