Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: İkram
Qayıbov Elvin İkram oğlu 1994-cü il iyul ayının 15-də Xaçmaz rayonu Xuray kəndində anadan olmuşdur. Elvin Qayıbov orta təhsilini Xaçmaz rayonu Seyidli kənd orta məktəbiində almışdır.
Elvin Qayıbov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elvin Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ailəsinin sözlərinə əsasən, Elvin ailəcanlı insan idi, ailəsi ilə zaman keçirmək ən çox sevdiyi şeylərdən idi. Qızına çox bağlı idi. Döyüş yoldaşları onun çox cəsur və mərd döyüçşü olduğunu ailəsinə bildirmişlər.
Ata: Qayıbov İkram Yaqub oğlu Ana: Qayıbova Şahnaz Əzizağa qızı Həyat yoldaşı: Qayıbova Aytac Minbər qızı Qızı: Qayıbova Nur Elvin qızı Qardaşı: Qayıbov Əlixan İkram oğlu Qardaşı: Qayıbov Ayaz İkram oğlu