Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Nurəddin
Güloğlan Qədimov 1997-ci il iyulun 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. 2003-2011-ci ildə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır.
Güloğlan Qədimov 2018-ci ildə ali hərbi məktəbi "motoatıcı" ixtisası ilə bitirmiş və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmətə başlamışdır. Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Güloğlan Qədimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Güloğlan Qədimov sentyabrın 30-da şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 12-də Kəngərli rayon Qıvraq qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güloğlan Qədimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Güloğlan Qədimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Güloğlan Qədimov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı və “III dərəcəli Rəşadət ” ordeni ilə təltif edildi.
Qorxmaz, igid, cəsur insan idi.
Ata: Qədimov Nurəddin Ana: Quliyeva Rəqsanə