Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Nail
Müqəddəs Qədirov Nail oğlu 1992-ci il 14 may tarixində Xaçmaz rayon Dədəli kəndində anadan olub.
2010-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. 2017-ci ildə müddətdən artıq xidmət etmək üçün müraciət etmiş və qəbul olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Müqəddəs Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə olub. Müqəddəs Qədirov oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamların əsasən Müqəddəs Qədirov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Müqəddəs Qədirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Döyüş yoldaşları deyir ki, Müqəddəs çox vətənpərvər, cəsur döyüşçü idi. Ölümün gözünə dik baxırdı.
Ata: Qədirov Nail Şıxzadə oğlu Ana: Qədirova Zöhrə Veysəl qızı Həyat yoldaşı: Qədirova Ruhəngiz Cavid qızı Bacı: Niftəliyeva Gültəkin Nail qızı Övlad: Qədirova Nur Müqəddəs qızı