Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Sakit
Qəhrəmanov Sadiq Sakit oğlu 1996-cı il fevral ayının 28-də Salyan rayonu, Kərimbəyli kəndində anadan olmuşdur. Sadiq Qəhrəmanov orta təhsilini Kərimbəyli kənd orta məktəbində almışdır.
Sadiq Qəhrəmanov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sadiq Qəhrəmanov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, igid, vətənpərvər insan idi .
Ata: Qəhrəmanov Sakit Balabəy oğlu Ana: Qəhrəmanova Səmirə Vaqif qızı Bacı: Qəhrəmanova Səbinə Sakit qızı Qızı: Qəhrəmanova Təranə Sadiq qızı