Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ramiz
Qəhrəmanova Xatirə Ramiz qızı 1986-cı il avqustun 2-də Gəncə şəhərində doğulmuşdur. 1991-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi bitirmişdir. 2008-ci ildə ailə həyatı qurmuşdur. İki övlad anası idi.
Qəhrəmanova Xatirə 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində hər iki övladı Xəlilli Məryəm və Xəlilli Orxan ilə birlikdə həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qəhrəmanova Xatirə Ramiz qızına şəhid statusu verilmişdir.
Ağıllı, səmimi, təmkinli, qoçaq, bacarıqlı ana idi. Onların təhsili üçün əlindən gələni edirdi. Hamının qayğısına qalan, xoşxasiyyətli, gülərüz xanım idi. Qohumlar, qonşular arasında böyük hörmət qazanmışdı.
Ata: Qəhrəmanov Ramiz Xanlar oğlu Ana: Qəhrəmanova Pakizə Adil qızı Qardaş: Qəhrəmanov Ramin Ramiz oğlu Bacı: Məmmədova Tahirə Ramiz qızı Həyat yoldaşı: Xəlili Qoşqar Sabir oğlu Oğlu: Xəlili Orxan Qoşqar oğlu Qızı: Xəlili Məryəm Qoşqar qızı