Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Sübhi
27 avqust 2001-ci ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olmuşdur. 2018-ci ildə Lənkəran rayonunun Tatoba kənd tam orta məktəbinin məzunu olmuş və 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətdə yola düşmüşdür.
Vətən müharibəsində 3 noyabrda Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Mehdi Qənbərli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mehdi Qənbərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, mərd, dostcanlı, ailəcanlı, səmimi gənc idi. Vətənini çox sevirdi.
Ata: Qənbərov Sübhi Oruc oğlu Ana: Qənbərova İradə Mobil qızı Qardaş: Qənbərov Nəsimi Sübhi oğlu