Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Mahir
Əli Mahir oğlu Qənbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi olub. Vətən müharibəsi başlayanda Əli cəmi 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Ailə üzvlərinin sözlərinə görə arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərmək olub. Sentyabrın 27-də xidmət etdiyi səngərdə "İrəli" əmrini alanlardan olub.
Aylarla müşahidə etdiyi düşmən səngəri bir neçə saat sonra cəsur döyüşçülərimizin nəzarətinə keçib. Döyüşdəki ilk qələbəsindən sonra o, atasına zəng vuraraq, zəfər qurbanı kəsməsini xahiş edib.
Əli Qəmbərov bir neçə gərgin döyüşdə göstərdiyi şücaətlə seçilib. O, hətta ağır əməliyyatlarda belə, daim öndə olub. Cəsur döyüşçümüz oktyabrın 6-da Füzuli rayonu ərazisində növbəti ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əli Qənbərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əli Qənbərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Mərd, ailəcanlı, igid, dostcanlı, vətənpərvər gənc idi.
Ata: Qənbərov Mahir Ərşad oğlu Ana: Abdinova Zəhra Nəhməd qızı Qardaş: Qənbərov Zahir Mahir oğlu Qardaş: Qənbərov Tahir Mahir oğlu