Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Novruz
Qənbərov Elnur 1990-cı il 8 iyun tarixində Beyləqan rayon Şərq qəsəbəsində anadan olmuşdur. Ailədə 4 uşaq olublar. 1996-cı ildə orta məktəbə daxil olub. 2007-ci ildə orta məktəbi bitirib. 2008–2010-cu illərdə həqiqi hərbi xidmətə gedib. 2016-cı ildə ailə həyatı qurub. 2 övladı var — qızının 3, oğlunun 5 yaşı var.
Şəhid Elnur Qənbərov ailəsinin xəbəri olmadan müharibəyə getmək üçün könüllü ordu sıralarına yazılmışdı. 29 sentyabrda ailəsi onu yola salıb. İlk Ağcabədiyə gedib. 2 gün orada qalandan sonra Füzuliyə, oradan da Cəbrayıla gedib. Cəbrayıl azad olunandan sonra Qubadlıya gedib. Oktyabrın 24-ü axşam 6–7 radələrində açıq döyüşdə şəhid olub. Şəhid Elnur Qənbərovun döyüş yoldaşları ona "pekaşnik" ləqəbi vermişdilər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qənbərov Elnur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, mədəni, təvəzökar, mehriban olduğu deyilir.
Ata: Qənbərov Novruz Kazım oğlu Ana: Qənbərova Güllü Məmməd qızı Həyat yoldaşı: Qənbərova Cehunə Bəhrəm qızı Oğlu: Qənbərov Novruz Elnur oğlu Qızı: Qənbərova Nihan Elnur qızı Qardaş: Qənbərov Elşən Novruz oğlu Bacı: Hüseynova Elnurə Novruz qızı Bacı: Qənbərova Lalə Novruz qızı