Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Ağalar
Qeybəliyev Elvin Ağalar oğlu 22 iyun 1986-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində anadan olmuşdur. Sabunçu rayonu, Pirşağı qəsəbəsinda yerləşən 188 saylı məktəbdə oxumuş, daha sonra təhsilini Cəmşid Naxçivanski adına Hərbi liseydə davam etdirmişdir. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, "Kapitan" hərbi rütbəsinə qədər yüksəlmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qeybəliyev Elvin Ağalar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qeybəliyev Elvin Ağalar oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
Ailəli idi, Vətənə yadigar 5 övladı qalmışdır.
Şəhid kapitan Qeybəliyev Elvin ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Ağır təbiətli, imanlı, vətənpərvər, peşəkar hərbi qulluqçu olub.
Ata: Qeybəliyev Ağalar Həsən oğlu Ana: Qeybəliyeva Məhbubə Əmir qızı Həyat yoldaşı: Zeynalova Sənurə Əjdər qızı Oğlu: Qeybəliyev Hüseyn Elvin oğlu Qızı: Qeybəliyeva Zəhra Elvin qızı Qızı: Qeybəliyeva Fatimə Elvin qızı Qızı: Qeybəliyeva Rüqəyya Elvin qızı Oğlu: Qeybəliyev Məhəmmədəli Elvin oğlu